Onlar Trampa meydan oxuya bilər - "Ağırçəkili" namizəd KİMDİR?

Onlar Trampa meydan oxuya bilər - "Ağırçəkili" namizəd KİMDİR?<span class="qirmizi"></span>

ABŞ Respublikaçılar Partiyasının səkkiz tanınmış nümayəndəsi partiyadan prezidentliyə namizədliyini irəli sürmək niyyətini açıqlayan yeganə siyasətçi olan ABŞ-ın keçmiş prezidenti Donald Trampa praymerizdə etiraz edə bilər.

Publika.az xəbər verir ki, bu barədə "The Hill" qəzeti məlumat yayıb.

ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli namizədliyini irəli sürəcəyini istisna etməyib. "The Hill"in mənbələri Heylinin bunu fevralın 15-də elan edə biləcəyini söyləyib. O, əvvəllər Trampın namizədliyini irəli sürəyi halda prezidentliyə namizəd olmayacağını bəyan etmişdi.

Digər namizəd Florida qubernatoru Rod DeSantis ola bilər. O, bu barədə rəsmi açıqlama verməyib, lakin onun namizədliyini irəli sürməyə qərar verəcəyi təqdirdə, onun heyətinin təşviqat komandası üçün potensial namizədlərlə əlaqə saxladığı bildirilir. DeSantis çox populyardır və respublikaçıların simpatiyalarının hansı tərəfdə olduğuna dair bir çox sorğuda Tramp deyil, o, lider olub.

Seçilmək niyyətini açıqlaya biləcək üçüncü “ağırçəkili” ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pensdir. O, yaxın aylarda qərar verəcəyini bildirib. İndi onun adı Amerika mediasında getdikcə FTB-nin məxfi sənədləri axtarmaq üçün məşhur siyasətçilərin evlərində aparılan axtarışlar kontekstində hallanır. Pensin evində də axtarış aparıla bilərdi.

Keçmiş dövlət katibi Mayk Pompeo onun da prezidentliyə namizəd ola biləcəyini göstərə biləcək addımlar atır. Pompeo xatirələrini yayımlayıb, Tramp istiqamətində kəskin “hücumlar” edib.

O, Respublikaçıların Konqres seçkilərində gözlənildiyindən də pis nəticə əldə etdiklərinə işarə edib: "Bir çox digər respublikaçılar kimi mən də uduzmaqdan yoruldum".

Bundan əlavə, keçmiş Arkanzas qubernatoru Asa Hatçinson, Cənubi Karolina senatoru Tim Skott, Merilend ştatının keçmiş qubernatoru Larri Hoqan və Virciniya qubernatoru Qlenn Yanqkin də namizəd olmaq qərarına gələ bilər. Hər biri müxtəlif vaxtlarda belə bir ehtimalı ciddi şəkildə nəzərdən keçirməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 2024-cü ildə keçiriləcək. Bundan əvvəl Demokratlar və Respublikaçılar kimin namizəd olacağını seçməlidirlər.

 

Mənbə: publika.az