Çinə məxsus hava şarı okean üzərinə keçən kimi vurula bilər

Çinə məxsus hava şarı Atlantik okeanı üzərinə keçəndən sonra ABŞ tərəfindən vurula bilər.

Axar.az xəbər verir ki, bu barədə ABC telekanalı ABŞ rəsmilərinə istinadən məlumat verib.

Bildirilib ki, mülki şəxslərin təhlükəsizliyi üçün hava şarının okean üzərinə keçməsi gözlənilir və bundan sonra okean üzərində hava şarının vurulması ehtimalı var. Daha sonra isə şarın tullantılarının okeandan toplanması planlaşdırılır.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Fərqanə Qasımova ilə kürəkəninin maraqlı ifası - Video

SONRAKI XƏBƏR

Lənkəran sakinləri bu şirkətə görə etiraz aksiyası keçirdilər - Foto