İsveçin NATO-ya gedən yolu “minalanır” - Çavuşoğlu

İsveçin NATO-ya gedən yolu “minalanır” - <span class="qirmizi">Çavuşoğlu</span>

Terror strukturları Türkiyə əleyhinə təxribatlar təşkil etməklə, xüsusilə Stokholm üçün NATO-ya gedən yolu "minalayırlar".

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına müraciətləri ilə bağlı Ankaranın mövqeyini şərh edərkən deyib.

Onun sözlərinə görə, İsveç “yolu minalardan təmizləyə bilsə də, qəsdən minalara düşür”.

"Bu sözləri yerinə yetirməyənləri “mükafatlandıra” bilmərik. Stokholmun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdikdən sonra Ankara məsələni müzakirə etməyə hazır olacaq. Lakin indiki vəziyyətdə Türkiyə İsveçin NATO-ya daxil olmasına “hə” deyə bilməz", - deyə nazir vurğulayıb.

Nazir xatırladıb ki, İsveçdə Türkiyə və İslam əleyhinə təxribatlara cavab olaraq Ankara İsveç və Finlandiyanın üzvlük prosesi üçün Brüsseldə keçirilməsi planlaşdırılan Üçtərəfli Mexanizmin üçüncü iclasını ləğv edib.

Mənbə: publika.az