Ankara və İstanbulda əlverişsiz havaya görə dərslərə fasilə verilib

Türkiyənin paytaxtı Ankarada və İstanbul şəhərində əlverişsiz havaya görə dərslərə fasilə verilib.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu şəhərlərin valiləri elan ediblər.

Bildirilib ki, fevralın 6-da adı çəkilən şəhərlərin ibtidai və orta məktəblərində dərslər keçirilməyəcək.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Polşa Rusiya ilə sərhəddə izləmə sistemləri olan hasar çəkəcək

SONRAKI XƏBƏR

Ukrayna Müdafiə Nazirliyində audit başlayıb