Qənirə Paşayeva axıska kökənli qazilərlə görüşüb- FOTOLAR

Qənirə Paşayeva axıska kökənli qazilərlə görüşüb- FOTOLAR<span class="qirmizi"></span>

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin Axıska kökənli bir qrup qazisi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Bu barədə komitədən məlumat verilib. Bildirilib ki, yeni təqvim ilinin – “Heydər Əliyev İli”nin ilk ayında, Gənclər günü ərəfəsində qazilərlə görüşdən məmnunluq duydğunu bildirən Q.Paşayeva, Axıska kökənli vətəndaşlarımızla görüşlərin onunçün hər zaman əziz, doğma görüş olduğunu vurğulayıb: “Siz – əlinə silah alıb Azərbaycanın ərazi bütövlüyü uğrunda cəbhəyə gedən vətənpərvər qardaşlarımızla görüş isə ikiqat əziz və doğmadır. Sizin və cəbhə yoldaşlarınızın fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu, xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu.

Axıska kökənli şəhidlər – Milli Qəhrəmanımız, I Qarabağ müharibəsinin şəhidi İsgəndər Aznaurov, 44 günlük müharibədə şəhid olan Battal Bayraxtarov, Vüsal Şirinov, Musa Həmzəyev, Zeynalı Dursunov kimi Vətən oğullarının timsalında bütün şəhidlərimizin ruhu qarşısında dərin sayğılarla baş əyirik.

Sizin şəhid silahdaşlarınızın qanı yerdə qalmadı. Azərbaycan tarixi Zəfər qazandı.

Sizə mülki həyatda yeni uğurlar diləyirəm”!

Q.Paşayeva qazilərə Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb.
Qazilər Komitə sədri ilə öz cəbhə xatirələrini bölüşüb və səmimi görüş üçün təşəkkür edib.

Mənbə: moderator.az