Suriyada zəlzələ qurbanlarının sayı min nəfəri ötüb - YENİLƏNİR + VİDEO

Suriyada zəlzələ qurbanlarının sayı min nəfəri ötüb - <span class="qirmizi">YENİLƏNİR + VİDEO</span>

Suriyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1060-a çatıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, daha 2400 nəfər yaralanıb.

Mənbə: TASS

***

Suriyada 7,7 maqnitudalı zəlzələdə ölənlərin sayı 800-ü keçib.

Bu barədə ölkə rəsmilərinə istinadən “Haaretz” məlumat yayıb. Yaralıların sayının üç mini aşdığı bildirilir. Yüzlərlə ev yerlə yeksan olub.

***

nəticəsində Suriyada həyatını itirənlərin sayı 606-ya çatıb.

Ölkənin Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, Hələb, Tartus, Həma və Lazkiyada hiss edilən 7,7 maqnitudalı zəlzələdə 403 nəfər ölüb, 1284 nəfər yaralanıb. Suriyalı müxalifətçilərin nəzarətində olan bölgələrdə isə 203 nəfərin zəlzələ nəticəsində öldüyü, yüzlərlə sakinin yaralandığı bildirilir.   

Zəlzələnin hiss edildiyi başqa bir ölkə - Livanın daxili işlər naziri Besam Mevlevinin sözlərinə görə isə ölkədə təbii fəlakət nəticəsində insan itkisi qeydə alınmayıb. O bildirib ki, bir neçə binada çat yaranıb.

***

Suriyada güclü zəlzələ zamanı həlak olanların sayı 427-yə çatıb.

Yaralıların sayı dəqiqləşdirilir. Öncəki məlumatda xəsarət alanların sayı 639 nəfər göstərilirdi.

***

Suriyada güclü zəlzələ zamanı həlak olanların sayı 237-yə çatıb.

Ölkənin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, yaralıların sayı 639 nəfərdir.

***

Suriyada zəlzələdə həlak olanların sayı 99-a çatıb. 330-dan çox insan yaralanıb.

Bu barədə Suriya Səhiyyə Nazirliyi məlumat yayılıb.

***

Türkiyədə gecə saatlarında baş verən 7,4 ballıq zəlzələdən sonra İtaliyada da təhlükəli vəziyyət yaranıb.

İtaliyanın Mülki Müdafiə Departamenti sunami təhlükəsi barədə xəbərdarlıq edib.

08:31

Suriyada, Livanda, Misirdə və Kiprdə qonşu Türkiyədə baş verən zəlzələ ilə eyni vaxtda güclü təkanlar hiss edilib.

Suriyanın Həma əyalətinin mərkəzində bir neçə bina dağılıb. Ölkədə ən azı 42 nəfər ölüb, 200-dən çox yaralı var.

Xilasetmə qrupları Əl-Ərbəin məhəlləsində dağıntılar arasında ölən və yaralananların axtarışını aparırlar.

Hadisə yerinə Suriya Qızıl Aypara Cəmiyyətinin təcili yardım maşınları gəlib.

Dəməşqdə, eləcə də Livanın Tripoli və Beyrut şəhərlərində zəlzələ səbəbindən küçələrə axışan insanlar binaların yaxında parklanmış maşınlarını ərazidən uzaqlaşdırmağa çalışırlar.  

Xatırladaq ki, Türkiyədə gecə 7,4 maqnitudalı zəlzələ olub.

Mənbə: oxu.az