"NATO Ukraynanı Rusiyanın iri hücumuna  hazırlayır..."

"NATO Ukraynanı Rusiyanın iri hücumuna  hazırlayır..."<span class="qirmizi"></span>

"Putin fevralın sonunda "xüsusi əməliyyat"ı başa çatdırıb, tammiqyaslı müharibəyə başlamaq niyyətindədir..."

"Jeşuv şəhərinin hava limanında böyük canlanma var. Oraya güclü silahla dolu təyyarələr eniş edir..."

NATO-nun hərbi texnikası Polşanın Jeşuv şəhərinin hava limanından Ukrayna Silahlı Qüvvələrinə göndəriləcək

Polşanın Jeşuv şəhərindəki hava limanında əsl ajiotaj yaşanır. NATO Ukraynanı Rusiyanın iri hücumuna hazırlayır və Polşa vasitəsilə tanklar, döyüş maşınları və dəstək maşınları, habelə milyonlarla patron və minlərlə raket, o cümlədən HHM sistemləri göndərir.

Moderator.az xəbər verir ki, bu barədə Polşanın "İnteria" nəşri yazıb.

Fevralın 3-də Jeşuv şəhərinin hava limanında bütün sutkanı inanılmaz canlanma yaşanıb. Oraya bir çox ölkələrdən Ukrayna üçün bortunda güclü silah olan təyyarələr eniş edib.

Jeşuv şəhərinin hava limanı sanki mühasirədədir. Buraya Avropanın və dünyanın bir çox ölkələrindən nəqliyyat təyyarələri eniş edir. Onlar Ukraynanın şərqındə təcavüzkar Rusiya ilə mübarizə aparmaq üçün güclü silah çatdırır.

Jeşuvda Amerikanın hərbi bazasına texnikanın

kütləvi tədarükü NATO ölkələrinin Almaniyanın "Ramştayn" bazasında sonuncu, dönüş konfransının nəticəsində mümkün olub. Ukraynaya yardım göstərilməsində iştirak edən bir çox ölkələr yeni hərbi yardım barədə elan edib.

NATO təyyarələri Jeşuva eniş edir

"FightRadar24"-ün bəyanatına görə, Jeşuv yaxınlığındakı "Yasionka" hava limanına ABŞ-dan dörd "Boeing 747" nəqliyyat və iki "C-5", Almaniyadan bir "Airbus A330" və bir "Dornier 328", İtaliyadan bir "Boeing 767", Fransadan bir "C-130", Türkiyədən bir "An-124-100" və Macarıstandan bir nəqliyyat təyyarəsi eniş edib.

NATO ölkələri Ukraynaya təkcə müxtəlif ağır texnika deyil, həm də tonlarla döyüş sursatı və raketlər tədarük etməyi vəd edib. Bu, tədarükün hələ başlanğıcıdır. Növbədə qanadlı maşınlardır. Yaxın günlərdə trafikin artırılması gözlənilir.

Ukrayna və NATO Rusiyanın iri hücumuna hazırlaşır

Ukrayna və NATO ölkələri Rusiyanın qarşıdakı irimiqyaslı hücumuna hazırlaşır. Kreml o cümlədən küçələrdə "ovlanan" yüz minlərlə səfərbər olunan rusiyalıları Ukraynaya göndərəcək. Vladimir Putin fevralın sonunda Ukraynada üzdəniraq "xüsusi əməliyyat"ı başa çatdırıb artıq tammiqyaslı müharibəyə başlamaq niyyətindədir. Böyük ehtimalla, Kiyevə hücum Belarus ərazisindən baş tuta bilər.

NATO Ukraynanın hadisələrin belə inkişafına maksimal cəhətdən hazır olmasını istəyir. Tanklar, döyüş maşınları və dəstək maşınlarından başqa, Ukrayna Silahlı Qüvvələri milyonlarla patron və minlərlə raket, o cümlədən HHM sistemləri üçün raketlər alacaq.

Son məlumatlara görə, Kiyev hakimiyyəti, nəhayət, uzaqmənzilli raketlər alacaq. Onların sayəsində Ukrayna ordusu hətta cəbhədən 150 km məsafədə yerləşən hədəflərə də hücum edə biləcək. Bu, o deməkdir ki, Rusiya ordusunun Donbasın bütün ərazisində, Krımın böyük hissəsində və hətta Rusiyanın öz ərazisindəki döyüş sursatları anbarları və digər ehtiyatlarını tezliklə məhv etmək mümkün olacaq.

Mənbə: moderator.az