Özbəkistan Türkiyəyə 100 nəfərdən ibarət xilasetmə qrupu göndərib

Özbəkistan Türkiyədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə xilasetmə qrupunu qardaş ölkəyə yola salıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin Administrasiyası məlumat yayıb.

Qeyd edilib ki, Prezident Şavkat Mirziyoyevin göstərişi ilə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin 100 nəfərlik xilasetmə qrupu, xüsusi maşın və avadanlıqlar, habelə humanitar yardım materialları daşıyan təyyarə Daşkənd hava limanından havaya qalxıb.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

İranın parlamentdəki nümayəndəsi işçilərin zavoda tapşırıqla götürülməsini ifşa etdi - VİDEO

SONRAKI XƏBƏR

Türkiyədəki zəlzələ qurbanları BMT-də bir dəqiqəlik sükutla yad edilib