Kennedinin qardaşı oğlu: “Ukrayna üçün yığılan milyardlar hərbi podratçılara gedir”

ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu (prezidentlik: 1961-1963) Robert Kennedi bildirib ki, amerikalı vergi ödəyicilərinin Ukraynaya yardım üçün ayırdığı milyardlarla dollar ABŞ-ı tərk etmir və hərbi podratçılara gedir. O, bu barədə müstəqil jurnalist Kim Ayversenə müsahibəsində bildirib. Con Kennedi toplanan 100 milyard dolların hara xərcləndiyi ilə maraqlanıb:

“Vəsaitlər ABŞ-dan belə çıxmadan geri qayıdırlar. Birbaşa “General Dynamics”ə, birbaşa “Boeing”ə və bütün hərbi podratçılar və avadanlıq şirkətlərinə gedirlər. Kiyevi dəstəkləmək üçün 100 milyard dollar çap etmək planlaşdırılırdı, lakin ABŞ-ın bu qədər pulu yox idi və orta amerikalılar vergi ödəməli idilər”.

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Malatyada xilasedicilər 4 azərbaycanlı tələbəni dağıntılar altından çıxarıb

SONRAKI XƏBƏR

Özbəkistan Türkiyəyə 100 nəfərdən ibarət xilasetmə qrupu göndərib