Ali Rada “Vaqner”i beynəlxalq cinayət təşkilat kimi tanıdı

Ali Rada “Vaqner”i beynəlxalq cinayət təşkilat kimi tanıdı<span class="qirmizi"></span>

 

Ukrayna Ali Radası Rusiyanın “Vaqner” özəl hərbi şirkətini beynəlxalq cinayət təşkilatı kimi tanımaq qərarına gəlib.

Bu barədə ukraynalı deputat Yaroslav Jeleznyak öz “Telegram” kanalında bildirib.

Onun sözlərinə görə, Ali Radanın 333 deputatı belə qərarın lehinə səs verib.

Rada həmçinin Rusiya özəl hərbi şirkətlərini terror təşkilatı kimi tanıyan qətnamə qəbul edib.

Mənbə: www.oxu.az