Azərbaycan hərbçiləri Britaniya Müdafiə Nazirliyinin kursunu uğurla başa vurub

Azərbaycan hərbçiləri Britaniya Müdafiə Nazirliyinin kursunu uğurla başa vurub<span class="qirmizi"></span>

Azərbaycan hərbçiləri Britaniya Müdafiə Nazirliyinin kursunu Partlayıcı Təhlükələrdən Məlumatlılıq uğurla başa vurub.

“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld tviter hesabında yazıb.

“General (Hikmət -red) Həsənovun dəvəti ilə Müdafiə Nazirliyinin bütün təlimatçılarına kursun sonunda sertifikatlar təqdim etmək məni çox məmnun etdi. Böyük Britaniya Müdafiə Nazirliyi tərəfindən təqdim edilən Partlayıcı Təhlükələrdən Məlumatlılıq kursunu uğurla başa vurdular”, - səfir sosial şəbəkə hesabında qeyd edib.

Mənbə: report.az