PKK zəlzələni fürsət bildi – Xain hücuma sərt cavab

PKK zəlzələni fürsət bildi – Xain hücuma sərt cavab<span class="qirmizi"></span>

PKK/YPG terror təşkilatı Suriya ərazisindən Türkiyənin sərhəd ərazisini atəşə tutub.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat verib.

“İnsanlıqdan nəsibini almayan PKK/YPG terror təşkilatı zəlzələni belə fürsət kimi görərək, Təl Rıfatdan Öncüpınar sərhəd zastavamızın məsuliyyət zonasına alçaqca hücum edib. Birliklərimizdə itki və zərər yoxdur, terror hədəflərinə artıqlaması ilə cavab verilib”, - məlumatda deyilir.

Mənbə: teleqraf.com