ABŞ-da qarşıdurma: Onlar Baydenin yenidən prezident olmasını istəmir

ABŞ-da qarşıdurma: Onlar Baydenin yenidən prezident olmasını istəmir<span class="qirmizi"></span>

Baydenin partiyadaşları onun ikinci dəfə ABŞ prezidentliyinə namizəd olmasını istəmir.

Publika.az “Yevropeyskaya Pravda”ya istinadən xəbər verir ki, ABŞ Demokrat Partiyasının üzvlərinin əksəriyyəti prezident Co Baydenin 2024-cü ildə yenidən seçilməsinə ehtiyac olmadığını hesab edir.

Əgər 2022-ci il aralıq seçkilərinə bir neçə həftə qalmış demokratların 52%-i Baydenin yenidən seçilməsinə tərəfdar idisə, indi onların sayı 37%-ə düşüb.

Baydenin yenidən prezidentliyə namizədliyini irəli sürməli olduğuna inanan demokratların sayında azalma, əsasən gənclər arasında müşahidə olunur. 45 yaşdan yuxarı demokratların 49%-i Baydenin ikinci müddətə namizədliyini irəli sürməli olduğunu düşünür (2022-ci ilin oktyabrında bu rəqəm 58%-dən çox idi).

 

Lakin yaşı 45-dən aşağı olanlar arasında 23% onun ikinci müddətə namizədliyini irəli sürməli olduğuna inanır (aralıq seçkilərə qədər bu rəqəm 45% idi).

Mehti Kamiloğlu

Mənbə: publika.az