Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə ABŞ-nin alyansdakı daimi təmsilçisi Culianna Smislə görüşüb.
Bunu Cabbar Hüseynzadə özünün “Twitter” hesabında yazıb.
Bildirilib ki, tərəflər İrandakı Azərbaycan səfirliyinə hücumu müzakirə ediblər. Həmçinin beynəlxalq sülh və təhlükəsizliyə töhfələr, ikitərəfli münasibətlər, Azərbaycan-Ermənistan normallaşma prosesi və Laçın yolundakı durum barədə fikir mübadiləsi aparılıb.