Britaniya kəşfiyyatı: "Rusiya uğurlu hücumlar üçün lazımi imkanlara malik deyil"

Britaniya kəşfiyyatı: "Rusiya uğurlu hücumlar üçün lazımi imkanlara malik deyil"<span class="qirmizi"></span>

“Rusiya qüvvələri həftə ərzində cəmi bir neçə yüz metr irəliyə bilib. Çünki Rusiya hazırda uğurlu hücumlar üçün lazım olan silah-sursat və manevr imkanlarına malik deyil”.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

Qeyd olunub ki, Rusiya hərbi-siyasi elitası genişmiqyaslı irəliləyişlər tələb etməyə davam edəcəklər:

“Amma Rusiyanın qarşıdakı həftələr ərzində müharibənin nəticələrinə əhəmiyyətli dərəcədə təsir göstərmək üçün lazım olan qüvvələri toplaya biləcəyi ehtimalı azdır”.

Həmçinin qeyd olunub ki, Rusiya Ukraynada böyük hücum əməliyyatlarına yenidən başlamağa cəhd edir:

“Əsas məqsəd Donetsk vilayətinin Ukraynanın nəzarətində qalan hissələrini ələ keçirməkdir”.

Qeyd edək ki, daha əvvəl ABŞ kəşfiyyatı qarşıdakı 6 ayın müharibənin taleyi üçün həlledici olduğunu bildirmişdi.

Mənbə: report.az