Konsulluq Naxçıvan sakinlərinə müraciət etdi

Konsulluq Naxçıvan sakinlərinə müraciət etdi<span class="qirmizi"></span>

Türkiyənin Naxçıvandakı Baş konsulluğu zəlzələ ilə bağlı muxtar respublika sakinlərinə müraciət edib.

"Unikal"ın məlumatına görə, Türkiyənin Naxçıvandakı Baş konsulluğundan bildirilib ki, fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş insanlara muxtar respublika sakinləri də yardım edə bilərlər.

Yardımda iştirak etmək istəyənlər üçün zəlzələ bölgəsinə ehtiyac olan ləvazimatlar əsasən geyim, çadır, yataq, qızdırıcı avadanlıqlar və azyaşlı uşaqlar üçün lazım olan əşyalardır.

Sözügedən ləvazimatların şəxsən və ya karqo yolu ilə Baş konsulluğa çatdırılması mümkündür.

Ünvan: Naxçıvan şəhəri Heydər Əliyev prospekti 17

Mənbə: www.unikal.org