Ermənistanın keçmiş müdafiə naziri, hərbi cani, “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyana qarşı cinayət işi açıla bilər. AzVision.az xəbər verir ki, bununla bağlı baş prokuror Anna Vardapetyan parlamentə müraciət ünvanlayıb.
Baş prokuror qeyd edib ki, deputat müdafiə naziri işləyən vaxtlarda bir neçə hərbi hissənin ərazisini və binalarını satıb. Ohanyan hələlik ittihamlara tutarlı cavab verməyib.
Tural Tağıyev