KİV: "Ermənistanın dövlət qurumlarında kadr çatışmazlığı var"

"Ermənistanın dövlət qurumlarında kadr çatışmazlığı var".

“Report” xəbər verir ki, bu barədə Ermənistanın yerli “Joqovurd” qəzeti yazıb.

Bildirilib ki, Vahan Kostanyanın Ermənistan xarici işlər nazirinin müavini təyin edilməsi geniş müzakirələrə və tənqidlərə səbəb olub.

Vurğulanıb ki, 13 nazirlikdə vakant vəzifələr var: “Məsələn, Səhiyyə Nazirliyinin ştat cədvəlinə əsasən bu qurumun 4 müavini olmalıdır. Onlardan 1-i birinci müavin olmalıdır. Lakin səhiyyə nazirinin cəmi 2 müavini var. Ədliyyə nazirinin 4 müavini olmalıdır, amma 3 müavini var. Həmçinin yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryanın da cəmi 2 müavini var. Halbuki onun 3 köməkçisi olmalıdır”.

Nəşrin iddiasına görə, bu, Ermənistanda uyğun namizədin olmaması ilə bağlıdır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Audiovizual Şura Türkiyədəki zəlzələ ilə əlaqədar proqram dəyişikliyi üçün TV-lərə tövsiyə verib

SONRAKI XƏBƏR

4SİM: "Azərbaycanda rəqəmsal savadlılıq səviyyəsi bəzi inkişaf etmiş ölkələrin göstəricilərinə yaxındır"