ABŞ-ın yeni təxribatı Çinin "strateji cavabını" işə salacaq

ABŞ-ın yeni təxribatı Çinin "strateji cavabını" işə salacaq<span class="qirmizi"></span>

Birləşmiş Ştatlar Tayvan yaxınlığındakı Yapon adalarında yeni silahlar yerləşdirərsə, Çin buna uyğun cavab verə bilər.

"Amerika raketlərinin Yaponiyada yerləşdirilməsi təkcə Çin üçün deyil, həm də regionda Şimali Koreya və Rusiya üçün təhlükə yaradacaq. Pekinin ABŞ-ın bu cür təxribatçı və təhlükəli hərəkətinə cavab olaraq strateji addımlar atmaq hüququ var", - deyə çinli hərbi analitik Sonq Zhongping bildirib.

Çinli hərbi analitiklər “Global Times”a bildiriblər ki, Vaşinqton belə bir addım atarsa, bu, onun sülh və təhlükəsizliyi daha da pozmaq niyyətini və gələcəkdə Çinin birləşmə prosesini pozmaq üçün hərbi müdaxilələrin faktiki planlamasını ifadə edəcək.

Mənbə: www.kommersant.az