Fransanın bu jurnalı Türkiyədəki zəlzələni məsxərəyə qoydu

Fransanın bu jurnalı Türkiyədəki zəlzələni məsxərəyə qoydu<span class="qirmizi"></span>

Daha əvvəl müsəlmanların inanclarını təhqir edən karikaturalar dərc edən Fransanın “Charlie Hebdo” jurnalı Türkiyənin 10 vilayətini yerlə-yeksan edən, minlərlə insanın həyatını itirdiyi zəlzələləri məsxərəyə qoyub.

"Unikal" xəbər verir ki, jurnalın dərc etdiyi karikaturada zəlzələdən dağılmış binalar çəkilib və üzərində “Tank göndərməyə ehtiyac yoxdur” sözləri yazılıb.

Sözügedən paylaşım sosial mediada böyük əks-səda doğurub. İstifadəçilər "insanlığın hanı?" şərhlər etdi.

Episentri Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələlər Türkiyə və Suriyanın 10 şəhərində minlərlə insanın ölümünə səbəb olub.

Gülayə Mecid

Mənbə: www.unikal.org