ÜST-dən Türkiyə və Suriyadakı zəlzələ ilə bağlı çağırış: "Həmrəy olmalıyıq"

“Türkiyədən və Suriyadan olan bacı və qardaşlarımız, hamımız indi sizinləyik”.

“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus tviterdə yazıb.

Onun sözlərinə görə, zəlzələdən zərərçəkən insanlar üçün indi hər kəs həmrəy olmalıdır.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ nəticəsində Türkiyədə 3381, Suriyada isə 1000-dən çox adam həlak olub.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Yük maşınının piyadanı vurma anı - ANBAAN VİDEO

SONRAKI XƏBƏR

Qurban Yetirmişli: “Zəlzələ olmayacaq” deyəndə yaxın günləri nəzərdə tutmuşam, yəni üç gün...”