AHİK tərəfindən şəhid və qazi ailələrinə 4 milyon manatdan çox yardım göstərilib

AHİK tərəfindən şəhid və qazi ailələrinə 4 milyon manatdan çox yardım göstərilib<span class="qirmizi"></span>

Müharibənin ağır yükünü çiynində daşıyan, təkcə Vətən müharibəsində üç min şəhid verən Azərbaycan xalqı və dövləti müharibələri lənətləyir. Biz sülhün tərəfdarıyıq.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) yaranmasının 30 illiyi münasibətilə fevralın 7-də keçirilən tədbirdə həmin qurumun rəhbəri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

AHİK sədri qeyd edib ki, təşkilat tərəfindən 76 şəhər və rayonda aztəminatlı ailələrə ərzaq yardımı paylanılıb. Qarabağ Dirçəliş Fonduna, Azərbaycan Ordusuna Yardım Fonduna milyonlarla manat vəsait köçürülüb. Təşkilat tərəfindən şəhid və qazi ailələrinə ümumilikdə dörd milyon manatdan çox birdəfəlik yardımlar göstərilib.

Səttar Möhbalıyev AHİK tərəfindən mütəmadi olaraq müsabiqələrin keçirildiyini də diqqətə çatdırıb.

Mənbə: azertag.az