Paşinyan göstəriş verdi - Xocalı cəlladı yolun sonuna çatdı

Paşinyan göstəriş verdi - <span class="qirmizi">Xocalı cəlladı yolun sonuna çatdı</span>

Ermənistan parlementi “Hayastan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı cinayət işinin açılmasına razılıq verilməsi ilə bağlı baş prokuror Anna Vardapetyanın ilk vəsatətini müzakirə edib. Ermənistan konstitusiyasının 96-cı maddəsinə görə, deputata qarşı cinayət işi yalnız Milli Məclisin razılığı ilə başlana bilər.

Teleqraf.com xəbər verir ki, iclasda çıxış edən Vardapetyan müdafiə naziri olarkən Ohanyanın öz vəzifəsindən sui-istifadə etdiyini deyib.

Onun sözlərinə görıə, Ohanyan da öz mövqeyindən istifadə edərək, Silahlı Qüvvələrə məxsus torpaq sahələrini və maddi vəsaitələrini mənimsəyib.

Sabiq müdafiə nazirinin bu və digər cinayət əməlləri ibtidai istintaq zamanı əldə edilmiş bir sıra faktiki məlumatlarla təsdiqlənib.

Baş prokuror müvafiq ittihamlar üzrə Ohanyanın deputat toxunulmazlığının ləğvini tələb edir. Tələb yerinə yetirilsə, sabiq müdafiə naziri barəsində həbs qətimkan tədbiri seçiləcək.

Ohanyanın özü indi olmasa da, parlamentin növbəti iclaslarından birində toxunulmazlığının ləğv ediləcəyinə şübhə etmir. O, bu sifarişin Baş nazir Nikol Paşinyandan gəldiyini deyir.

1990-cı illərdə Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Seyran Ohanyan Xocalı soyqırımının təşkilatçılarından və müəlliflərindən biridir.

Mənbə: teleqraf.com