Anton Leppik: Azərbaycanda əmək hüquqları beynəlxalq normalar çərçivəsində qorunur

Anton Leppik: Azərbaycanda əmək hüquqları beynəlxalq normalar çərçivəsində qorunur<span class="qirmizi"></span>

Azərbaycan Həmkarlar İttifaqları Federasiyası hər zaman həmrəyliyi ilə seçilib. Sülh, ədalət və insanlıq naminə səylərimizi birləşdirmək, həmrəylik nümayiş etdirmək hazırkı çətin və mürəkkəb dövrdə çox mühümdür.

Fürsətdən istifadə edərək, Türkiyə dövlətinə və xalqına zəlzələ nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı verirəm.

AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının əməkdaşı, Pan Avropa Şurasının icraçı katibi Anton Leppik Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yaranmasının 30 illiyi münasibətilə fevralın 7-də keçirilən tədbirdə söyləyib.

A.Leppik diqqətə çatdırıb ki, Azərbaycanda əmək hüquqları beynəlxalq normalar çərçivəsində və yüksək səviyyədə qorunur. İşçilərin sosial müdafiəsi, onların tibbi hüquqları diqqətdə saxlanır. Əmək şəraitində əməyin növündən və işləyənlərin cinsindən asılı olmayaraq normalara riayət olunur.

Mənbə: azertag.az