Ermənistandan şok qərar: Azərbaycanla sərhəddəki dəstəni geri çəkdi

 

Ermənistan Müdafiə Nazirliyi Vardenisdə (Basarkeçər – red.) sərhəddə Azərbaycana qarşı mövqe tutan “Səlibçilər” adlı hərbi birləşməyə geri çəkilmək əmri verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Məlumatda deyilir ki, “Səlibçilər” dəstəsinin üzvləri mövqelərini boşaltmaq əmri aldıqları üçün Ermənistan Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyası keçirəcəklər.

“Könüllü”lərdən ibarət dəstə nizami hərbi qüvvə hesab edilmir. Azərbaycanla 44 günlük müharibədən sonra “öz təşəbbüsləri” ilə razılaşdırılmış şəkildə sərhəd bölgələrində sərhədin mühafizəsinə cəlb olunmuşdular.

“Səlibçilər”in komandiri Sərkis Poqosyandır.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Sağ qalmaq üçün zamana qarşı yarışdılar - FOTOLAR

SONRAKI XƏBƏR

İlqar Qurbanov: “Zəlzələ olanda yayılan səs indiyə kimi qulaqlarımdan getmir”