Britaniyada yeni nazirliklər yaradılacaq

Britaniyada yeni nazirliklər yaradılacaq<span class="qirmizi"></span>

Böyük Britaniyanın Baş naziri Rişi Sunak bir neçə nazirliyin yenidən təşkil olunacağını və yaradılacağını açıqlayıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti məlumat yayıb.

Energetika, Biznes və Sənaye Nazirliyinin ləğv olunacağı bildirilib. Onun əvəzinə Qrant Şappsın rəhbərlik edəcəyi Enerji Təhlükəsizliyi və İqlim Neytrallığı Nazirliyi yaradılacaq. Kemi Badenokun başçılıq edəcəyi Biznes və Ticarət Nazirliyi də təsis olunacaq.

Bundan başqa, Böyük Britaniyanın Rəqəmsal Texnologiya, Mədəniyyət, KİV və İdman Nazirliyi Mədəniyyət, KİV və İdman Nazirliyinə çevriləcək. Bu nazirlik isə Lüsi Freyzerə həvalə olunacaq. Üstəlik, Mişel Donelanın rəhbərlik edəcəyi Elm, İnnovasiya və Texnologiyalar Nazirliyi yaradılacaq.

R.Sunakın sözlərinə görə, yeniliklər hökumətin Britaniya xalqının rifahı naminə işləməyə hazır olduğuna əmin olmaq üçün lazımdır.

Mənbə: report.az