“Ermənistan işğalçıdır?” – Simonyan söz tapa bilmədi

“Ermənistan işğalçıdır?” – Simonyan söz tapa bilmədi<span class="qirmizi"></span>

 

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya xarici işlər naziri Sergey Lavrovun ölkəsini Azərbaycan ərazilərini işğalda ittiham etməsinə cavab verə bilməyib.

Teleqraf.com xəbər verir ki, erməni spiker rusiyalı nazirin açıqlamasına cavab verməyin lazım olduğunu düşünmədiyini söyləyib.

Simonyan jurnalistin müvafiq sualına ümumi cavab verib:

“Necə reaksiya verməliyik? Hesab edirəm ki, hər şey aydındır, böyük mənada bizim üçün yeni heç nə deyilmədi”.

Lavrov bundan əvvəl Ermənistanın Azərbaycanın 7 rayonunu işğal etdiyini və ölkəmizin özünə məxsus torpaqları geri qaytardığını açıqlamışdı.

 

Mənbə: teleqraf.com