Adil Əliyev Vasif və Mahiri müalicə aldıqları müəssisədə ziyarət etdi - FOTO

Adil Əliyev Vasif və Mahiri müalicə aldıqları müəssisədə ziyarət etdi -  FOTO<span class="qirmizi"></span>

Bu gün qəhrəmanlarımız Vasif və Mahiri müalicə aldıqları müəssisədə ziyarət etdik.

Pravda.az xəbər verir ki, bu barədə Milli Məclisin sədr müavini Adil Əliyev məlumat verib.

“Qəhrəmanlarımızın səhhətləri ilə maraqlanaraq, onlara Allahdan şəfa dilədik və Milli Məclis sədrinin, deputat həmkarlarımın salamlarını çatdırdıq. Məhz Vasif kimi igidlərimiz sahəsində dünya Azərbaycanın gücünü bir daha gördü, xalqımızın qorxmazlığının əyani şahidi oldu. Mübariz İbrahimov kimi şəhidimiz, Vasif kimi qəhrəmanlarımız var. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”, - A.Əliyev qeyd edib.

Mənbə: pravda.az