Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəalları Türkiyənin Moskvada səfirliyində olublar

 

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəalları Türkiyənin Moskvada səfirliyində olublar.

AZƏRTAC xəbər verir ki, RAGB-nin sədri Ceyhun Hüseynov və təşkilatın fəalları Türkiyədə baş vermiş dağıdıcı zəlzələnin qurbanlarının xatirəsini yad etmək üçün Türkiyənin Moskvadakı səfirliyini ziyarət ediblər.

Gənclər zəlzələ qurbanlarının xatirəsini ehtiram yad edib, səfirliyin binası önünə əklil və güllər qoyublar.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

İkardi "Qalatasaray"ın tarixinə düşdü

SONRAKI XƏBƏR

Montella: İstanbulda olduğumuz üçün zəlzələdən xilas olduq