Norveç hökuməti Türkiyə və Suriyadakı zəlzələdən zərər çəkənlərə yardım ayırır

Norveç hökuməti Türkiyə və Suriyadakı zəlzələdən zərər çəkənlərə yardım ayırır<span class="qirmizi"></span>

 

Norveç hökuməti Türkiyə və Suriyadakı zəlzələ qurbanlarına 150 milyon kron (təqribən 14,4 milyon ABŞ dolları) yardım ayırır.

AZƏRTAC xəbər verir ki, Krallıq hökumətinin qərarı ilə BMT, Qızıl Xaç və regionda fəaliyyət göstərən Norveçin əsas humanitar təşkilatlarına həm Türkiyədə, həm də Suriyada zəlzələdən zərər çəkmiş bölgələrdə apardıqları işlərə dəstək vermək məqsədilə 150 milyon kron maliyyə vəsaiti ayrılır.

Bununla yanaşı, Norveç yaranan böhranın koordinasiyasına töhfə vermək üçün regiona dörd nəfərdən ibarət xüsusi ekspert qrupu yönəldəcək.

Məsələ ilə bağlı çıxış edən Norveçin Baş naziri Yonas Qar Styore bildirib ki, qışın soyuğunda yaranmış fövqəladə vəziyyət kritikdir.

Norveçin xarici işlər naziri Anniken Huitfeldt deyib: “Bu böyük faciədir və artıq bəllidir ki, həm Türkiyədə, həm də Suriyada humanitar ehtiyaclar çox böyükdür. Yaranmış vəziyyət çoxları üçün çıxılmazdır. Bizim ayırdığımız vəsait zəlzələdən zərərçəkənlərə yardıma gedir. Zəlzələnin miqyasını nəzərə alaraq, biz əlavə dəstək göstərməyi nəzərdən keçirəcəyik”.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Mənbə: azertag.az