Monteneqro Türkiyədə baş vermiş zəlzələlərin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə xüsusi briqada göndərib.
AZƏRTAC xəbər verir ki, paytaxt Podqoritsa başda olmaqla Kotor və Nikşiç şəhərlərindən olan qruplar hazırda axtarış-xilasetmə əməliyyatlarında iştirak edirlər. Həmçinin Türkiyədəki briqadaya 15 nəfərlik qrupun da əlavə olunacağı bildirilib.
Monteneqronun Türkiyəyə xüsusi təlim keçmiş xilasedicilər göndərdiyini deyən Baş nazir Dritan Abazoviç bildirib: “Böyük faciədən əziyyət çəkən Türkiyə və Suriya xalqlarının yanında fədakarcasına olan bütün əməkdaşlarımız və vətəndaşlarımızla fəxr edirik”.
Nihad Budaqov