Müharibə nə vaxt bitəcək? - Kadırov açıqladı

Müharibə nə vaxt bitəcək? - Kadırov açıqladı<span class="qirmizi"></span>

Çeçenistan lideri Ramzan Kadırov Ukraynada müharibənin nə vaxt bitəcəyi ilə bağlı proqnozunu səsləndirib.

Teleqraf.com xəbər verir ki, çeçenlərin başçısı müharibənin bu ilin sonuna kimi başa çatacağın, sonda Qərbin Rusiya qarşısında diz çökəcəyini iddia edib.

“Qərb diz çökəcək və həmişə olduğu kimi, Avropa dövlətləri Rusiya Federasiyası ilə bütün sahələrdə qarşılıqlı fəaliyyət göstərməli olacaqlar. Başqa heç nə olmamalıdır və olmayacaq da”, - Kadırov bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı ölkələri öz siyasətlərinin yanlışlığını etiraf etməyə başlayıblar.

Mənbə: teleqraf.com