Təyyarələr Suriyaya enməkdən imtina edir - BMT-dəki daimi nümayəndə

Təyyarələr Suriyaya enməkdən imtina edir - BMT-dəki daimi nümayəndə<span class="qirmizi"></span>

Qərb sanksiyaları zəlzələdən zərər çəkənlərə yardım məqsədilə Suriyaya humanitar yüklərin çatdırılmasına mane olur. "Ölkə.az" xəbər verir ki, bu barədə Suriya Ərəb Respublikasının BMT-dəki daimi nümayəndəsi Bassam Sabbah mətbuat konfransında bildirib.

"Bir çox yük təyyarələri ABŞ və Avropanın sanksiyalarına görə Suriyaya enməkdən imtina edir. Hətta yardım göndərmək istəyən ölkələr də sanksiyalara görə yükləri hava yolu ilə göndərə bilmirlər. Ümumi vəziyyətlə əlaqədar olaraq, avadanlıq çatışmazlığı var. Buna görə də biz BMT-yə üzv olan bütün dövlətləri bu vəziyyətdə kömək etməyə çağırdıq. Bütün Suriyanın köməyə ehtiyacı var. Verdiyiniz hər şeyi, bütün suriyalılar alacaq, fərqli qruplar arasında sərhədlər qoymuruq", - diplomat bildirib.

Elvin

Mənbə: olke.az