İran silah ixracını üç dəfə artırıb

İran  silah ixracını  üç dəfə artırıb<span class="qirmizi"></span>

İranın silah ixracı 2022-ci ilin mart- dekabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə xeyli artıb. AzVision.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb. Sayt İranın müdafiə nazirinin müavini general Seyid Mehdi Fərrahiyə istinad edib.

"Müdafiə təyinatlı məmulatlarımızın ixracı tədricən inkişaf edir. Bu il ixrac (İran təqvimi ilə 1401, 2022-ci il martın 21-də başlayıb - red.) əvvəlki illə müqayisədə 3 dəfə artıb", - Fərrahi qeyd edib.

 Müharibəyə başlayan Rusiyadır, İran isə ABŞ-ı qınayır Nazir müavininin sözlərinə görə, ölkədə hərbi sənaye kompleksinin intensiv inkişafına hələ on il əvvəl başlanılıb. Bunun nəticəsi kimi yerli hərbi texnikaların təlimlərdə iştirakı nəzərəçarpacaq dərəcədə artıb.

General onu da qeyd edib ki, İranın dünyada düşmənlərinin sayı çox olduğu üçün ölkədəki müdafiə sənayesi özəl şəxslərin deyil, hökumətin əlində olmalıdır.

Qeyd edək ki, ötən ilin son altı ayında İran beynəlxalq aləmdə daya çox Rusiyaya silah daşıması ilə qınanmışdı. Rusiya məhz İran istehsalı olan kamikadze dronları və PUA-ları ilə Kiyevi və digər şəhərləri vururdu. Rəsmi Tehran isə yalan açıqlamalar verərək guya bu silahların hələ müharibədən əvvəl satıldığını iddia etmişdi.
Tural Tağıyev

 

Mənbə: azvision.az