Zelenski Londona Britaniya hərbi təyyarəsi ilə uçub

Zelenski Londona Britaniya  hərbi təyyarəsi  ilə uçub<span class="qirmizi"></span>

Ukrayna prezidenti Vladimir Zelenski Britaniyaya məxsus hərbi təyyarə ilə Londona uçub.

Lent.az bildirir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.

Zelenski Ukraynada xüsusi əməliyyat başlayandan bəri Böyük Britaniyaya ilk səfəri üçün Britaniya Hərbi Hava Qüvvələrinə məxsus C-17 hərbi-nəqliyyat təyyarəsindən istifadə edib. Onu aparan təyyarə Stansted hava limanına enib.

Bundan əvvəl Zelenskinin Böyük Britaniya Baş Qərargahının rəhbəri, admiral Toni Radakinlə görüşdüyü bildirilirdi. Qeyd olunur ki, prezidentlə danışıqlar zamanı Radakin Londonun Ukrayna hərbçiləri üçün təlim proqramını genişləndirmək, dəniz piyadaları və pilotların hazırlanmasına başlamaq planlarını açıqlayıb.

Mənbə: lent.az