London Putinin keçmiş məşuqəsinə sanksiya tətbiq etdi

London Putinin keçmiş məşuqəsinə sanksiya tətbiq etdi<span class="qirmizi"></span>

Böyük Britaniya hökuməti Ukraynaya qarşı müharibəyə görə Rusiyaya qarşı yeni sanksiyalar elan edib.

Redaktor.az "RBC Ukrayna"ya istinadla xəbər verir ki, xarici işlər naziri Ceyms Kleverlinin sözlərinə görə, cəza tədbirləri “Rusiya prezidenti Vladimir Putinin hərbçilərinin güvəndiyi şəxslərə və təşkilatlara qarşı yönəlib və Rusiyaya iqtisadi təzyiqi sürətləndirmək, onun hərbi maşınını sıradan çıxarmaq və Ukraynaya qalib gəlməyə kömək etmək üçün nəzərdə tutulub”.

Britaniya hökumətinin saytında yer alan xəbərə görə, söhbət hərbi məhsullar istehsal edən altı şirkətdən, bir təşkilatdan və Rusiya Federasiyasının səkkiz vətəndaşından gedir.

Xüsusilə, Putinin şəxsi dostu və tələbə yoldaşı, rusiyalı biznesmen Nikolay Yeqorov, Putin rejiminin maliyyə bazasının yaradılmasında əli sayılan “Ozero” kooperativinin həmtəsisçisi Viktor Myaçin; Abrau-Dyurso şirkətlər qrupunun sahibi olan biznes ombudsmanı Boris Titov; “Regnum” informasiya agentliyinin baş redaktoru Sergey Rudnov və müstəqil mediada Rusiya Federasiyası prezidentinin keçmiş məşuqəsi adlandırılan “Rossiya” bankının minoritar səhmdarı Svetlana Krivonoqix sanksiyalara məruz qalacaq.

Turan İSMAYIL

Mənbə: redaktor.az