“Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyaları Ukraynadakı xüsusi hərbi əməliyyatın gedişatına heç bir təsir göstərməyəcək”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova brifinqdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Rusiya sanksiyalara qarşı kifayət qədər immunitet qazanıb.
Xatırladaq ki, fevralın 23-ü Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiq edib.
Mənbə: qafqazinfo.az