Belçika Qəzzaya hava yolu ilə yardım çatdıracağını açıqladı

Belçika Qəzzaya hava yolu ilə yardım çatdıracağını açıqladı

Belçika Qəzzaya hava yolu ilə yardım edəcəyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Belçika müdafiə naziri Ludivine Dedonder və inkişaf üzrə əməkdaşlıq naziri Caroline Gennez “X” hesablarında paylaşım edib.

Müdafiə Nazirliyinin əməliyyatı öz üzərinə götürəcəyini bildirən Dedonder kəşfiyyat qrupunun hazırda praktiki hazırlıq üçün İordaniyada olduğunu bildirib.

Dedonder qeyd edib ki, Belçika Fövqəladə Hallara Müdaxilə Qrupu martın 4-də A400M tipli hərbi nəqliyyat təyyarəsi ilə təchizatları yola salacaq və ən qısa zamanda hava yardımı ediləcək.

Mənbə: qafqazinfo.az