Solovyovun araq biznesi": O, "qanuni oğru"nun qətlini sifariş edib... - FOTO

"Onun FTX tərəfindən əməkdaşlığa cəlb edilmə ehtimalı çox böyükdür..."

"90-cı illərdə nə qədər ulduz aparıcılar olub, onlar haradadır? Amma Solovyov hələ də diribaşlıq edir..."

"Çıx get buradan və bunları unut, daha sənə dəxli yoxdur..."

Kreml təbliğatçısı, teleaparıcı Vladimir Solovyov ötən əsrin 90-cı illərində bizneslə məşul olduğu zaman məşhur "qanuni oğru" Otari Kvantrişvilinin qətlinə görə 20 min dollar ödəməyə hazır olub.

Moderator.az xəbər verir ki, bu barədə "İnsayder" nəşrinə FTX-nın sabiq agenti Sergey Astaşin məlumat verib. Solovyov kriminal "avtoritetin" aradan götürülməsinə hazırlıqda kömək etmək üçün məhz ona müraciət edib.

Astaşin bu barədə Solovyovun verilişlərindən birinə baxdıqdan sonra danışmaq qərarına gəlib. O verilişdə Solovyov deyib: "Mən bizneslə məşğul olmuşam, heç kimə heç bir ödəniş etməmişəm, kimsə bizə basqı göstəribsə, biz uşaqlarla əllərimizə avtomatlar götürmüşük". "Mənim imkamın olanda, sənə avtomatları xatırladaram", - FTX-nın sabiq əməkdaşı öz fikrini izah edib.

Astaşinin sözlərinə görə, o, Solovyovla jurnalistin firmalarının birində işləyən tanışı vasitəsilə tanış olub. Astaşin o zaman yenicə Rusiya Təhlükəsizlik Nazirliyinin Akademiyasında (indiki FTX Akademiyası) hərbi əkskəşfiyyat fakultəsində təhsil alıb.

Teleaparıcı 90-cı illərdə uğurlu biznesmen olub, öz ofisində "gizli kamera"nın olub-olmamasını yoxlamağı xahiş edib. Astaşin dinləmə aparatını aşkar edib və buna görə 200 dollar qazanıb.

Üç-dörd gündən sonra ümumi tanışlar yenidən FTX Akademiyasının kursantına Solovyovun görüş barədə xahişini çatdırıb. Görüşdə Solovyov sifarişli qətlin təşkilində kömək istəyib.

"Sən quldurlara nədən müraciət etmək istəmirsən? Onlar pul müqabilində tez bir zamanda hər şeyi edəcəklər", - Sergey Astaşin təəccübünü gizlətməyib. Bir müddətdən sonra Solovyov etiraf edib ki, Otari Kvantrişvili ona "basqı göstərib".

Bu, tamamilə həqiqət ola bilərdi, çünki Solovyov 90-cı illərdə kifayət qədər uğurlu sahibkar olub. Astaşin xatırlayır ki, hazırki teleaparıcı biznesin müxtəlif istiqamətləri ilə məşğul olub.

"Yəhudi təşkilatından olan dostları ilə" o, Rusiyada və Filippində diskoteka avadanlığının istehsalı üzrə zavodlara sahib olub. Paralel olaraq Solovyovun özü İsraildən Moskvaya ərzaq və "Keqleviç" arağı daşıyıb və "burada böyük tələblə" gerçəkləşdirə bilib.

Astaşinin sözlərinə görə, "yəhudi təşkilatından olan dostları" Solovyova Kvantrişvilinin "məsələsini" radikal olaraq "həll etməyi" məsləhət görüb. "Lazım olarsa, səni himayə edərik", - onlar populyar teleaparıcını əmin edib. Və o, sifarişli qətlin təşkilatçısının axtarışına çıxıb. Astaşin inandırır ki, Solovyov Kvantrişvilini aradan götürmək üçün 20 min dollar ödəməyə hazır olub.

İosif Kobzon və Otari Kvantrişvili

Bu söhbəti bitirdikdən sonra FTX-nın kursantı akademiyaya gələrək söhbət barədə raport yazıb rəhbərliyə təqdim edib. Bundan sonra Astaşinlə kurs rəisi Vyaçeslav Kabanov və FTX Akademiyasının təhlükəsizlik xidmətindən olan əməkdaşlar söhbət edib.

Qətlin sifarişçisinin sonrakı taleyi barədə Astaşin ümumi tanışından maraqlanıb. Onun sözlərinə görə, Solovyov FTX-ya çağırılıb, bundan sonra o, İsrailə gedib. Lakin bir müddətdən sonra o, geri qayıdıb və yenidən sabibkarlıq fəaliyyəti ilə məşğul olub.

"Maraqlıdır, Solovyov FTX ilə öz problemlərini necə həll edib? Onu cəlb ediblər?" - "İnsayder"in jurnalistləri Astaşindən soruşub. O, deyib ki, bu barədə dəqiq nəsə deyə bilməz, lakin bunu çox ehtimal etmək olar.

"Onun sıxışdırılması 100 faizdir. Belə şansı buraxmaq üçün əbləh olmalısan. Özün düşün, o zaman televiziyada belə parlaq ulduzlar nə qədər olub? Onlar indi haradadır? Amma bu adam hələ də diribaşlıq edir", - sabiq əkskəşfiyyatçı deyib.

O, əlavə edib ki, Otari Kvantrişvilinin qətlindən9 sonra rəhbərliyin yanına gedib məsələnin nə yerdə olduğunu öyrənmək istəyib. "Çıx get buradan, bunları unut. Bunun daha sənə dəxli yoxdur", - Sergey Astaşin xatırlayıb.

O, əlavə edib ki, məhkəmədə ifadələrini təkrarlamağa hazırdır və onları yalan detektorunda təsdiq etməyə razıdır.

"İnsayder"in jurnalistləri Vladimir Solovyova müraciət edərək deyilənlər barədə onun fərziyyələri ilə maraqlanıb. Lakin o, cavab verməkdən imtina edib.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda əməliyyat: “Salamat Ramil” saxlanıldı - VİDEO

SONRAKI XƏBƏR

Rəsmi Bakıdan Çanaqqala ilə bağlı paylaşım