Ermənistan və Rusiya XİN rəhbərləri martın 20-də Moskvada danışıqlar aparacaq

Ermənistan və Rusiya XİN rəhbərləri martın 20-də Moskvada danışıqlar aparacaq<span class="qirmizi"></span>

Ermənistan və Rusiya xarici işlər nazirləri Ararat Mirzoyan və Sergey Lavrov martın 20-də Moskvada danışıqlar aparacaqlar.

"Unikal" xəbər verir ki, nazirlər Rusiya-Ermənistan əməkdaşlığının hazırkı vəziyyətini və onun inkişafı üçün gələcək addımları, o cümlədən Rusiya və Ermənistan liderlərinin 19 aprel 2022-ci il tarixli Birgə Bəyanatının müddəalarının icrasını müzakirə etməyi planlaşdırırlar.

Qeyd olunur ki, xarici işlər orqanlarının rəhbərləri Rusiya, Ermənistan və Azərbaycan arasında 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il tarixlərində əldə edilmiş razılaşmaların ən yüksək səviyyədə həyata keçirilməsi prizmasından regional gündəliyə ətraflı toxunacaqlar..

“Ümumi inteqrasiya birliklərində - MDB, Aİİ və KTMT-də əməkdaşlığın gücləndirilməsi perspektivləri, həmçinin müxtəlif universal beynəlxalq platformalarda, ilk növbədə, BMT-də fəaliyyətlərin əlaqələndirilməsi nəzərdən keçiriləcək.

 

Mənbə: www.unikal.org