Xaricdə yaşayan Türkiyə vətəndaşlarının seçki zamanı səs verəcəkləri yerlər məlum oldu

Xaricdə yaşayan Türkiyə vətəndaşlarının seçki zamanı səs verəcəkləri yerlər məlum oldu<span class="qirmizi"></span>

Türkiyənin Ali Seçki Qurumu (YSK) xaricdə yaşayan ölkə vətəndaşları üçün parlament və prezident seçkiləri zamanı gömrük-keçid məntəqələrində səsvermənin təşkili qaydalarını açıqlayıb.

Qaydalara əsasən, səsvermə prosesi 27 aprel cümə axşamı başlayacaq və 14 may bazar gününə qədər davam edəcək.

Prezident seçkilərinin ikinci tura keçəcəyi təqdirdə səsvermə prosesi mayın 20-si şənbə günü başlayacaq və mayın 28-i bazar gününədək davam edəcək.

Gömrük qapılarında yalnız Xaricdəki Seçici Reyestrində qeydiyyatdan keçmiş seçicilər səs verə biləcəklər.

Xatırladaq ki, Türkiyədə seçkilər mayın 14-də baş tutacaq.

Mənbə: www.oxu.az