Seçkilərlə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyinin iş qrafikində dəyişiklik

Seçkilərlə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyinin iş qrafikində dəyişiklik <span class="qirmizi"></span>

Türkiyənin Bakıdakı səfirliyinin konsulluq şöbəsi növbəti iki həftə ərzində xidmətini davam etdirəcək.

Bu barədə diplomatik nümayəndəlikdən məlumat verilib.

“Xaricdəki Seçici Reyestrində seçicilərin qeydiyyatı və dəqiqləşdirilmə işləri 20 mart – 2 aprel tarixlərində aparılacaq. Qeyd olunan müddət ərzində seçici qeydiyyatını yeniləmək istəyən vətəndaşlarımız üçün səfirliyin konsulluq şöbəsi bu həftənin sonunda olduğu kimi, növbəti iki həftəsonu (25-26 mart və 1-2 aprel) ərzində də xidmət göstərəcək”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, mayın 5-7-də səfirlikdə ölkəmizdə yaşayan Türkiyə vətəndaşları üçün parlament və prezident seçkilərində səsvermə imkanı yaradılacaq.

Mənbə: www.oxu.az