ABŞ-dan şok xəbərdarlıq: "Vaqner" bu ölkənin prezidentini öldürmək istəyir

ABŞ-dan şok xəbərdarlıq: "Vaqner" bu ölkənin prezidentini öldürmək istəyir<span class="qirmizi"></span>

ABŞ hakimiyyəti "Vaqner" döyüşçülərinin Çad prezidenti Mahamant Debi və bəzi hökumət üzvlərini öldürməyi planlaşdırdıqlarını bildirib.

Publika.az xəbər verir ki, bu barədə "nytimes.com" yazıb.

Çadlı üsyançıları cənubda ölkə ilə həmsərhəd olan Mərkəzi Afrika Respublikasındakı "Vaqner" bölmələrinin dəstəklədiyi iddia edilir.

Rusiyanın Çaddakı səfirliyi bu məlumatı "Vaqner"i Afrika hökumətlərinin gözündən salmaq kampaniyasının bir hissəsi kimi qiymətləndirib.

 

 

Mənbə: publika.az