Fransada qəzəbin kəskinləşməsinə görə dövlət başçısı məsuliyyət daşıyır

Fransada qəzəbin kəskinləşməsinə görə dövlət başçısı məsuliyyət daşıyır<span class="qirmizi"></span>

Fransada pensiya islahatı qanun layihəsinin hökumətin Konstitusiyanın 49.3 maddəsinə müraciət edərək, zorla qəbul etməsindən sonra küçələrdə qəzəb kəskinləşir, kütləvi tətillər intensivləşir, yanacaq zavodları blokadaya alınır.

AZƏRTAC xəbər verir ki, Fransa Milli Assambleyasında hökumətə qarşı etimadsızlıqla bağlı iki etiraz təklifi irəli sürülüb. Təkliflər bu gün səs verməyə çıxarılacaq və Baş nazir Elizavet Bornun öz postunda qalması və ya getməsinə baxılacaq. Prezident Emmanuel Makron isə pensiya islahatı ilə bağlı sona qədər getmək istədiyini bildirib.

Həmkarlar İttifaqının rəhbəri bildirib ki, ölkədəki qəzəbin belə kəskinləşməsinə dövlət başçısı məsuliyyət daşıyır.

Mənbə: azertag.az