Mirzoyan Lavrovla görüşdü: bu məsələlər müzakirə edildi

Mirzoyan Lavrovla görüşdü: bu məsələlər müzakirə edildi<span class="qirmizi"></span>

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın Moskva şəhərinə gəlib.

Axar.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Mirzoyan səfər çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Görüşdə Lavrov bildirib ki, Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli bəyanatları regionda vəziyyətin həlli üçün əsas olaraq qalır.

Rusiyalı nazir vurğulayıb ki, görüş zamanı Laçın dəhlizi ətrafındakı vəziyyətə xüsusi diqqət yetirəcəklər.

Lavrov üç ölkənin liderləri arasında əldə olunan razılaşmaları vəziyyətin sabitləşməsinin təmin edilməsi maraqları naminə bütün qərarların icrası üçün əsas adlandırıb:

“Söhbət iqtisadi, eləcə də hərbi-siyasi, beynəlxalq və hüquqi sahədən gedir”.

Mənbə: axar.az