Lavrov: “Üçtərəfli bəyanat bütün qərarların icrası üçün əsas olaraq qalır”

Lavrov: “Üçtərəfli bəyanat bütün qərarların icrası üçün əsas olaraq qalır”<span class="qirmizi"></span>

“Rusiya Qarabağ ətrafında vəziyyətin nizamlanmasına diqqət ayıracaq”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla ikitərəfli görüşdə deyib.

“Şübhə etmirik ki, üçtərəfli bəyanat vəziyyətin sabitləşməsinin təmin edilməsi naminə qəbul edilən bütün qərarların icrası üçün əsas olaraq qalır”, - Rusiya XİN rəhbəri bildirib.

Nazir qeyd edib ki, Rusiya nəqliyyat kommunikasiyalarının açılmasına, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına və sülh sazişinin parametrlərinin razılaşdırılmasına hər cür kömək göstərməyə hazırdır.

Mənbə: report.az