ABŞ-ın Rusiya və Çinə qarşı yeni planı: Bu ölkələri də qoşur

ABŞ-ın Rusiya və Çinə qarşı yeni planı: Bu ölkələri də qoşur<span class="qirmizi"></span>

Kanada hakimiyyəti Rusiya və Çinə qarşı mübarizə çərçivəsində ABŞ-ın Qərb ölkələri ilə yeni qarşılıqlı əlaqə mexanizmini işə salıb.

Publika.az xəbər verir ki, bu barədə "Kyodo" nəşri məlumat yayıb.

Məqalə müəllifləri iddia edirlər ki, yeni formatda ABŞ və Kanada ilə yanaşı, Yaponiya və Cənubi Koreya da iştirak edəcək.

Jurnalistlərin məlumatına görə, Yaponiyanın baş naziri Fumio Kişida bu planı hələ yanvar ayında Kanadanın baş naziri Castin Trüdodan öyrənib. İdeyanın həyata keçirilməsi çox vaxt aparacaq. Eyni zamanda, məqalə müəllifləri əlavə ediblər ki, gələcəkdə plandan imtina edilməsi variantı da var.

 

Mənbə: publika.az