Çavuşoğlu Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirlərinin Moskva görüşünün təxirə salınmasından danışıb

Çavuşoğlu Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirlərinin Moskva görüşünün təxirə salınmasından danışıb<span class="qirmizi"></span>

Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirlərinin 16 martda Moskvada keçirilməsi nəzərdə tutulan görüşün təxirə salınmasına Rusiya ilə Suriyanın birgə qərar verməsi ehtimalı var.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Misirə ziyarəti çərçivəsində yerli jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Rusiya tərəfi görüşə hazırlıqların bitmədiyini vurğulamışdı, lakin Çavuşoğlu 16 martda Suriya təmsilçilərinin artıq Moskvada olduqlarını da əlavə edib.

Mənbə: apa.az