Rusiyadan Gürcüstana qarşı həmlə - Almaniyadan mesaj gəldi

Rusiyadan Gürcüstana qarşı həmlə - Almaniyadan mesaj gəldi<span class="qirmizi"></span>

“Rusiya Moldova və Gürcüstanda baş verənlərə təsir cəhdlərini gücləndirir”.

Teleqraf.com xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Annalena Berbok deyib.

Nazir bildirib ki, bu, Rusiyanın Avropa yolu ilə gedən cəmiyyətlərdə sabitliyi pozmaq strategiyasının bir hissəsidir.

“Biz onlarla (Moldova və Gürcüstan) Avropa dəyərlərini bölüşürük və Avropa İttifaqına üzvlük perspektivi vasitəsilə sülh və azadlıq içində yaşamaq istəklərini dəstəkləyirik”, - Berbok qeyd edib.

Mənbə: teleqraf.com