Lavrov: “Qərb ölkələrinin Rusiya ilə Ermənistanın arasını vurmaq cəhdlərini görürük”

Lavrov: “Qərb ölkələrinin Rusiya ilə Ermənistanın arasını vurmaq cəhdlərini görürük”<span class="qirmizi"></span>

“Cənubi Qafqazdakı həyəcanverici vəziyyətdən danışdıq”.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

“Biz Qərb ölkələrinin açıq şəkildə Rusiya ilə Ermənistanın arasını vurmaq cəhdlərini görürük. Gəlin hər şeyi adı ilə deyək, Qərb ölkələrinin regional təhlükəsizlik arxitekturasını silkələmək cəhdlərini görürük. Əminəm ki, bu cür cəhdlər uğursuzluğa məhkumdur”, deyə Rusiya XİN başçısı vurğulayıb.

Mənbə: apa.az